Polşa yığması Rusiya ilə oynamaqdan İMTİNA ETDİ
Polşa Futbol Federasiyasının prezidenti Sezariy Kuleşa futbol üzrə milli yığma komandasının DÇ-2022 təsnifat mərhələsində Rusiya yığması ilə oynamayacağını bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu barədə tvitter səhifəsində yazıb.
“Sözün bitdiyi yerdəyik. Hərəkət etmək zamanıdır. Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündən sonra Polşanın Rusiya milliləri ilə pley-off oynamaq niyyəti yoxdur. Bu doğru qərardır. Hazırda Çexiya və İsveç federasiyaları ilə ümumi mövqeyimizi FİFA-ya çatdırmaq üçün danışıqlar aparırıq”, - deyə, o bildirib.
Xatırladaq ki, oyun bu ilin mart ayının 24-də baş tutmalı idi. Polşa və Rusiya oyunun qalibi İsveç və Çexiya qarşılaşmasının qazananı ilə oynayacaqdı.
Lakin polyaklar ruslarla nəinki neytral meydanda, hətta ümumiyyətlə heç bir arenada matç keçirmək istəmirlər. Onlar hətta texniki məğlubiyyətə belə razı olduqlarını bildiriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2022, 17:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər