reklam
Regionxeberlericom.az » İdman » FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

reklam

FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq etdi


FİFA-nın ardınca FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 

Ali şahmat orqanı Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı hansısa yarış və tədbirin keçirilməsinə qadağa qoyub. 

Bu ölkədən olan şahmatçılar turnirlərə öz bayrağı altında qatılmaq hüququndan da məhrum olublar. Onlar yerli federasiyanın bayrağı altında çıxış edəcəklər. Həmçinin bu 2 ölkənin dövlət himni də hansısa yarışda səsləndirilməyəcək. 

FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub. 

Bundan əlavə, Ukrayna ilə müharibəni dəstəklədikləri üçün rusiyalı şahmatçılar – Sergey Karyakin və Sergey Şopovun işini FİDE-nin Etika və İntizam Komitəsi araşdıracaq. 




Paylaş:


Müəllif : Tarix:
28-02-2022, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər