reklam
Regionxeberlericom.az » İdman » Daha bir idman növündə Rusiya və Belarusa qadağa

reklam

Daha bir idman növündə Rusiya və Belarusa qadağa


Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Rusiya və Belarus velosipedçilərinin, həmçinin bu ölkələrin velosiped komandalarının bütün beynəlxalq yarışlarda iştirakına qadağa qoyub.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiyanın qəbul edəcəyi beynəlxalq turnirlər də təxirə salınıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.




Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər