reklam
Regionxeberlericom.az » İdman » “Çelsi”nin bəzi futbolçuları klubdan ayrılmağa hazırlaşır

reklam

“Çelsi”nin bəzi futbolçuları klubdan ayrılmağa hazırlaşır
















"Çelsi"nin bəzi futbolçuları kluba qoyulan qadağalar səbəbindən klubu tərk etmək istəyirlər.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Bəzi oyunçular Britaniya hökumətinin Roman Abramoviçə tətbiq etdiyi sanksiyalar səbəbindən klubun bank hesabını bloklanmasına, transfer qadağası almasına və bilet satışı edə bilməməsinə görə narahatdır. Onlar komandanın maliyyə vəziyyətinin pisləşəcəyini düşünürlər.

Xəbərdə bildirilib ki, adı açıqlanmayan oyunçuların menecerləri müqavilələrinə xitam verilməsi imkanlarını müzakirə etmək üçün vəkillərlə əlaqə saxlayıblar. Klub maaşları gecikdirməyə başlayarsa, futbolçular tərəfindən müqavilənin pozulması variantı nəzərdən keçirilir.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib.




Paylaş:


Müəllif : Tarix:
12-03-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər