Azərbaycan Avropa çempionatında “Top-8”də

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.
Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.
Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.
Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı
1. Ukrayna – 4 boksçu
2. İtaliya – 3
3-8. Azərbaycan – 2
Gürcüstan – 2
Türkiyə – 2
Bolqarıstan – 2
Uels – 2
Ermənistan – 2
9-15. Danimarka – 1
Xorvatiya – 1
İsrail – 1
Almaniya – 1
Avstriya – 1
Niderland – 1
İrlandiya – 1
Paylaş:
Müəllif : Fuad
Tarix:22-03-2022, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…