Güləşçilərimiz daha üç medal qazandı - Yenilənib
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
86 kq. çəkidə yarışan dağıstanlı milliləşdirilmiş idmançımız Abubakr Abakarov bu gün final görüşünə çıxacaq. O, həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq. Turan Bayramov (74 kq.) və Osman Nurməhəmmədov (92 kq.) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri martın 30-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, dünən sərbəst güləşçilərimiz Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.
***
Turan Bayramov (74 kq) rumıniyalı Zurab Kaprayevə 2:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
***
Abubakr Abakarov (86 kq) Avropa çempionatında gümüş medal qazanıb.
***
Osman Nurmaqomedov (92 kq) ispaniyalı Daniel İqlesias Vilelaya 11:0 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-03-2022, 22:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər