İrandan qaçan dünya çempionu Azərbaycana gəlir

İran yığmasının heyətində 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olan əslən azərbaycanlı cüdoçu Səid Mollayinin Azərbaycan milli komandasına gəlişi gözlənilir.
Fanat.Az xəbər verir ki, bu barədə İdman TV-nin efirində Azərbaycan Cüdo Federasiyasının Nizam-İntizam Komitəsinin üzvü Ruzbek Vəliyev məlumat verib.
Qeyd edək ki, Səid Mollayi 2019-cu ilədək İran bayrağı altında yarışlara qatılıb. 30 yaşlı cüdoçu Tokioda keçirilən DÇ-dən sonra ölkəsinin vətəndaşlığından imtina edib. Belə ki, o, mundialda İsrail cüdoçusu Saqi Muki ilə üz-üzə gəlmək ehtimalı olduğuna görə, yerli rəsmilərin təzyiqi ilə üzləşdiyini, qarşısına yarışdan imtina tələbi qoyulduğunu bildirmişdi. Təzyiq səbəbi ilə Mollayi Almaniyadan sığınacaq istəmiş, sonradan isə Monqolustanın o vaxtkı dövlət başçısı və Cüdo Federasiyasının prezidenti Xaltmaaqiyn Battulqanın dəvəti ilə bu ölkənin cüdo millisində yarışmağa başlamışdı. İdmançı 2021-ci ildə Monqolustana Tokio Yay Olimpiya Oyunlarının gümüş medalını qazandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2022, 23:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT