Daha 5 idmançımız dopinqə görə cəzalandırıldı
Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytının verdiyi məlumata görə, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.
Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Müslümova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya məruz qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb.
Orqanizmində metandienon və mestanolon metabolitləri üzə çıxan Əhmədovun da cəza müddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.
Pozdnyakov metilfenidat metabolitinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanıb və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.
Ən ağır cəza isə Zeynalova verilib. O, orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. Ağırlıqqaldıranın diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-07-2019, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-07-2019, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01