reklam
Regionxeberlericom.az » İdman » Nazirlik pul ayırmadı, Azərbaycan millisi dünya çempionatına yollana bilmədi - FOTO

reklam

Nazirlik pul ayırmadı, Azərbaycan millisi dünya çempionatına yollana bilmədi - FOTO

7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) XI Ümumdünya Oyunları keçiriləcək.

Lakin yarışa təxminən bir ay vaxt qalsa da, Azərbaycandan hansı idmançıların orada çıxış edəcəyi hələ ki dəqiq deyil. Ən maraqlısı odur ki, Gənclər və İdman Nazirliyindən də bu barədə məlumatsız olduqları  bildirilib.

Orada olan idman növlərindən biri də muay-taydır. Artıq bu növdə Azərbaycanın təmsil olunacağı dəqiqdir. Bu barədə muay-tay millimizin böyük məşqçisi Şəhriyar İsayev bildirib:

“26 mayda BƏƏ-nin paytaxtı Əbu-Dabidə dünya çempionatı keçirilməyə başlanıb. Yarış iyunun 4-də başa çatacaq. Ancaq nazirlikdən pul ayrılmadığı üçün həmin dünya çempionatında çıxış edə bilmədik. Halbuki bu yarışda çıxış etsəydik, Ümumdünya Oyunlarına vəsiqə qazanmaq imkanımız olacaqdı. Bildiyimə görə, uşuda da eyni vəziyyət olub. Ona görə də Ümumdünya Oyunlarında nə muay-tay, nə də uşu idman növlərində Azərbaycan idmançısı iştirak etməyəcək”.



Qeyd edək ki, Azərbaycanın həmin mötəbər yarışda üç idman növündə təmsil olunacağı dəqiqdir. Adları dəqiqləşən idmançılar kikboksinqin K1 növündə Bəhram Rəcəbzadə (+91 kq), karatedə Asiman Qurbanlı (+84 kq), İrina Zaretskaya (-68 kq) və Roman Heydərovdur (kata).

Həmçinin aerobika gimnastikası və bədii gimnastika üzrə yarışlarda Azərbaycan təmsilçilərinin olacağı gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
2-06-2022, 14:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər