reklam
Regionxeberlericom.az » İdman » Bu ölkə dünya çempionatından kənarlaşdırıla bilər

reklam

Bu ölkə dünya çempionatından kənarlaşdırıla bilər


Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçılarının siyahısında dəyişiklik ola bilər. 

Bu barədə “TyC Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, iyunun 10-da FİFA Ekvador millisinin dünya çempionatında iştirak etməyəcəyini açıqlamaq niyyətindədir. Onun əvəzinə Çilinin turnirə gedəcəyi qeyd olunur.

Bundan əvvəl məlum olub ki, FİFA Ekvador komandasının yarımmüdafiəçisi Bayron Kastilyoya qarşı futbolçunun saxta sənədlərdən istifadə etməkdə şübhəli bilərək iş açıb. Mətbuat iddia edirdi ki, futbolçu, birincisi, kolumbiyalıdır, ikincisi, pasportunda qeyd edilən faktiki olaraq 23 yaşından yuxarıdır.

Xatırladaq ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Əvvəllər A qrupunda yer alan Ekvador Qətər, Hollandiya və Seneqalla qarşılaşmalı idi.




Paylaş:


Müəllif : Tarix:
9-06-2022, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər