Azərbaycanın 3 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından APA -ya verilən xəbərə görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən idmançılar mübarizəyə qoşulub.
Yarışa 1/4 finaldan start verən Hüseyn Savadov (45 kq) gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabıyla qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib. Ancaq Savadov finalın bir addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb - 1:5. Hüseyn iyunun 15-də bürünc medal görüşünə çıxacaq.
Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0 hesabıyla qalib gələrək qitə birinciliyinə inamlı başlayıb. Qasımlı 1/4 finalda erməni Aleks Marqaryanı "tuşe" ilə xalçadan məyus yola salıb. Vədat yarımfinalda almaniyalı Lukas Benzinqi də vaxtından əvvəl məğlub edib - 8:0. Həmyerlimiz iyunun 15-də finalda gürcüstanlı Anri Xozrevanidzeylə qarşılaşacaq.
Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib - 8:7. Qasımzadə 1/4 finalda heç bir çətinlik çəkmədən moldovalı Vladimir Paskaridən güclü olub - 9:0. Məhəmməd yarımfinalda finlandiyalı Oliver Aleksandr Pada üzərində tam üstünlüklə qələbə (9:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz iyunun 15-də qızıl medal uğrunda gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparacaq.
Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel Rindoneyə heç bir şans tanımayıb - 8:0. Məmmədov 1/4 finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb - 9:0. Davud yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabıyla məğlub edib. Güləşçimiz iyunun 15-də finalda türkiyəli İbrahim Özdemirlə qarşılaşacaq.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2022, 22:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…