"Qarabağ" bugünkü oyuna 3 vacib oyunçusu olmadan çıxır
Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.
Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər.
Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2022, 11:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər