reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla tamamlayıb

reklam

Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla tamamlayıb

















Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasından məlumat verilib.

Bildirilib ki, Elvin Ağayev (full contact, 86 kq) finalda meydan sahibi Türkiyə idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan İslamiadanın kikboksinq yarışlarını 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medaldır.

Azərbaycana medalla qayıdacaq kikboksçular bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) – qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) – gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq), Aysu Devrişova (56 kq) – bürünc.

Qeyd edək ki, Azərbaycan kikboksinq millisinin bu il növbəti mötəbər yarışı da qardaş ölkə Türkiyədə olacaq. Belə ki, Azərbaycan yığmasını 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək Avropa çempionatı gözləyir.




Paylaş:


Müəllif : Tarix:
18-08-2022, 21:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər