reklam
Regionxeberlericom.az » İdman » “Daha yaxşı olan komanda mübarizəni dayandırdı” - Filip Ozobiç

reklam

“Daha yaxşı olan komanda mübarizəni dayandırdı” - Filip Ozobiç
















“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirdikləri oyunu şərh edib.

O, 1:2 hesabı ilə uduzduqları matçla bağlı “İndex” nəşrinə müsahibəsində bunları söyləyib:

“Daha yaxşı olan komanda mübarizəni dayandırdı. Amma rəqibi təbrik etməliyəm. Demək olmaz ki, onlar mərhələni keçməyə layiq deyildilər. Lakin düşünürəm ki, biz hər iki matçda daha yaxşı idik. Çempionlar Liqasının qrupuna düşə bilmədiyimiz üçün təəssüflənirəm”.

31 yaşlı futbolçu komandanın Avropa Liqasındakı hədəflərindən söz açıb: “Qarabağ”ın seçmə mərhələlərdə “Lex” (Polşa), “Sürix” (İsveçrə) və “Ferentsvaroş” (Macarıstan) kimi ölkə çempionlarını mübarizədən kənarlaşdırması təsadüf deyil. “Qarabağ” uzun müddətdir ki, avrokubokların daimi iştirakçısıdır. Ötən il Konfrans Liqasının qrup mərhələsindən çıxdıq. Ümid edirəm ki, bunu Avropa Liqasında da bacaracağıq”.




Paylaş:


Müəllif : Tarix:
25-08-2022, 11:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər