reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazandı

reklam

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazandı

















Azərbaycan karateçiləri Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci dünya çempionatında 14 qızıl, 7 gümüş və 3 bürünc medal qazanıb.

Federasiyadan verilən məlumata görə, yarış 31 ölkədən 1 804 karateçi arasında Dünya Karate Federasiyası (WKF), həmçinin Şobu ippon, Şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib.

Ayxan Mamayev və Elməddin Səlimli hər dörd versiyanın qalibi olmaqla "Grand Winner" mükafatına layiq görülüb.

Müxtəlif versiyalar üzrə yarışlarda həmçinin Emil Xasiyev, Ülvi Bünyatov, Siyavuş Bayramov, Astan Qasımov, Xəyal Məmmədov, Səidə Mikayılova, Fehruz Nəbizadə, Valeriya Rudakova, Elnur Əliyev, Emiliya Mitilinova, eləcə də kumitedə böyüklər və veteranlar, katada isə qadınlardan ibarət komanda mükafatlara sahib çıxıb.

WSF-in Azərbaycan nümayəndəsi Rənad Əliyevə beynəlxalq təşkilatın 6-cı dan dərəcəsi təqdim edilib.




Paylaş:


Müəllif : Tarix:
13-09-2022, 20:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər