Məktəbdə şagirdə zorakılıq edib videoya çəkdilər - Cinayət işi açıldı

Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Rayonun kəndlərindən birində yerləşən təhsil müəssisəsində 9-cu sinif şagirdi öz həmcinsi olan 6-cı sinif şagirdinə qarşı bu tipli hərəkətlər edib. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Məlumatla əlaqədar Polis Şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
***
Gəncə-Samux Regional Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, fakt üzrə araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2022, 16:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB