Azərbaycan millisinin üzvü narkotik satırmış
Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova həbs olunub.
Bu barədə Bolqarıstanəsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlama verib.
Məlumata görə, Kostova narkotik satarkən tutulub. 9 ay müddətə azadlıqdan məhrum edilən idmançı cəzasını Sliven həbsxanasında çəkir.
“Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar” - Kişkilov bildirib.
Qeyd edək ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətə diskvalifikasiya etmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2022, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər