reklam
Regionxeberlericom.az » İdman » FHN idmançısı Avropa çempionatının qalibi oldu

reklam

FHN idmançısı Avropa çempionatının qalibi oldu

Oktyabrın 28-30-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə 23 yaşa qədər kişilər və qadınlar arasında cüdo üzrə Avropa çempionatı keçirilib.

FHN-dən verilən xəbərə görə, turnirdə 40 ölkənin 300-dən çox idmançısı öz qüvvəsini sınayıb. Çempionatda 14 idmançı ilə təmsil olunan cüdo üzrə Azərbaycan milli yığma komandası yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub.

Noyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.




Paylaş:


Müəllif : Tarix:
4-11-2022, 13:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər