reklam
Regionxeberlericom.az » İdman » Prezident bu idmançılara pul mükafatı ayırdı - ADLAR

reklam

Prezident bu idmançılara pul mükafatı ayırdı - ADLAR


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, "Bakı-2019"da birinci yeri tutan hər bir idmançyaı 10 000 manat, ikinci yeri tutan idmançılara 7000 manat və üçüncü yerin sahibi olan idmançılara isə 5000 manat pul mükafatı veriləcək.

Bakupost Azvision.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi bu festivalda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanmaqla 4-cü yeri tutub.

Millimizə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Belə ki, Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbsət güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal qazanıb.

Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.

Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə yarışda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, medal qazanan idmançılara veriləcək pul mükafatının ümumi dəyəri 179 min manatdır. Bundan əlavə, nəticə göstərən idmançıların məşqçiləri üçün də pul mükafatı nəzərdə tutulub.


Paylaş:


Müəllif : Tarix:
31-07-2019, 11:53
Sikayət   


loading...
Загрузка...