Dünya çempionatında ilk dəfə qadın hakimlik edəcək
Fransalı Stefani Frappart dünya çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək Almaniya və Kosta-Rika matçına təyinat alıb və dünya çempionatında baş hakim kimi işləyəcək ilk qadın olacaq.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, o, bundan əvvəl Polşa və Meksika milliləri arasında qrup mərhələsinin ilk tur matçında (0:0) dördüncü hakim kimi fəaliyyət göstərib. Qətərdə keçirilən dünya çempionatının hakimlər siyahısında Frappartdan başqa daha iki qadın var. Onlar yaponiyalı Yoşimi Yamaşita və ruandalı Salima Mukansanqadır.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-11-2022, 08:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-11-2022, 08:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
Bu gün, 15:39