reklam
Regionxeberlericom.az » İdman » Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandı

reklam

Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandı
















Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb.

Qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. -52 kq. çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.

Oğlanlar arasında -55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb.

Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək 

pilləsinə qalxıb.





Paylaş:


Müəllif : Tarix:
9-04-2023, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər