reklam
Regionxeberlericom.az » İdman » "Qarabağ" dünya reytinqində 5 pillə geriləyib

reklam

"Qarabağ" dünya reytinqində 5 pillə geriləyib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının 300 komandanın olduğu siyahısında Azərbaycan təmsilçilərindən yenə yalnız "Qarabağ" yer alıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yenə yalnız "Qarabağ" yer alıb.

"Köhlən atlar" ötən ayla müqayisədə 5 pillə geriləyib. Premyer Liqanın lideri 141 xalla 67-ci sırada qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından "Fənərbağça" 179,5 xalla 28-ci, "Başakşehir" 135,5 xalla 74-cü, "Sivasspor" 106,5 xalla 122-ci, "Trabzonspor" 101 xalla 133-cü yerdə qərar tuturlarsa, "Qalatasaray" və "Beşiktaş" 78 xalla 216-cı pilləni bölüşdürürlər.

Reytinqdə lider dəyişikliyi olub. İspaniyanın "Real Madrid" klubu 320 xalla birinci pilləyə yüksəlib. "Flamenqo" (Braziliya – 295 xal) ikinci sıraya düşüb, "Mançester Siti" (İngiltərə - 254) isə üçüncü pillədə qalıb.




Paylaş:


Müəllif : Tarix:
13-05-2023, 11:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər