reklam
Regionxeberlericom.az » İdman » İngiltərə millisinin hücumçusu mərc oyunlarına görə futboldan kənarlaşdırılıb

reklam

İngiltərə millisinin hücumçusu mərc oyunlarına görə futboldan kənarlaşdırılıb


İngiltərə millisinin və "Brentford"un hücumçusu Ayvan Toni futboldan kənarlaşdırılıb.

27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimələnib.

Toni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib.

Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Qeyd edək ki, Ayvan Toni bu mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.




Paylaş:


Müəllif : Tarix:
17-05-2023, 21:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər