reklam
Regionxeberlericom.az » İdman » Alpinist Everestə qalxmaq rekordunu yenilədi

reklam

Alpinist Everestə qalxmaq rekordunu yenilədi


Nepallı alpinist Kami Rita 27-ci dəfə dünyanın ən yüksək zirvəsi Everestə (dəniz səviyyəsindən 8848 metr hündürlükdə) qalxaraq dünya rekordunu yeniləyib. 

Xarici medianın xəbərinə görə, 53 yaşlı alpinist növbəti dırmaşmasını dünən yerli vaxtla səhər saat 8:30-da (Bakı vaxtı ilə 6:45) başa vurub.

Kami Rita ilk dəfə 1994-cü ildə Everesti fəth edib. 2018-ci ildə o, 22-ci dəfə dağa qalxıb və o vaxtdan planetin əsas dağ zirvəsinə qalxma sayına görə dünya rekorduna sahibdir.

Rita hesab edir ki, onun Everestə qalxması vətənində turizm sənayesinin inkişafına töhfə verir. Nepallı həmçinin 8000 metrdən yuxarı zirvələrə ən çox qalxma rekorduna sahibdir. O, Ço-Oyyu dağına (8201 metr) səkkiz dəfə, Manasluya üç dəfə (8163 metr) və hərəsinə bir dəfə olmaqla K2-yə (Çoqori, 8614 metr) və Lhotzeyə ( 8,516 metr) qalxıb.




Paylaş:


Müəllif : Tarix:
18-05-2023, 14:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər