reklam
Regionxeberlericom.az » İdman » Neymar 400 milyonluq müqavilədən imtina etdi

reklam

Neymar 400 milyonluq müqavilədən imtina etdi


PSJ-nin hücumçusu Neymar Səudiyyə Ərəbistanı futbol klubunun təklifini rədd edib. 

Xarici medianın məlumatına görə, 31 yaşlı braziliyalı illik maaşı 400 milyon avro olacaq müqavilədən imtina edib. Neymarın Avropada çıxışını davam etdirməyi planlaşdırdığı üçün belə bir qərarın verildiyi qeyd edilir.

Ən çox ehtimal olunan transfer variantının “Mançester Yunayted” olduğu da bildirilir. Lakin mənbənin sözlərinə görə, keçid Şeyx Casim bin Həməd Al Taninin rəhbərlik etdiyi Qətərin QSI investisiya şirkətinin komandanı alıb-almamasından asılı olacaq.

Mayın 4-də Neymarın PSJ-dən getməyə hazır olduğu bildirilirdi. Daha əvvəl məlum olmuşdu ki, Paris komandası hücumçu ilə 2023-cü ilin yayında ayrılmaq istəyir. O, zədə səbəbindən fevral ayından meydanda deyildi.

Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir.




Paylaş:


Müəllif : Tarix:
31-05-2023, 12:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər