reklam
Regionxeberlericom.az » İdman » Teymur Rəcəbov ikinci oldu

reklam

Teymur Rəcəbov ikinci oldu
















Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Milli üzvü 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.

Yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.




Paylaş:


Müəllif : Tarix:
7-09-2023, 23:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər