Şotlandiyalı hakim 4-cü dəfə “Qarabağ”ın oyununu idarə edəcək - ARAŞDIRMA

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Norveç “Molde”si ilə keçirəcəyi oyuna təyinat alan Con Biton 4-cü dəfə Ağdam klubunun matçını idarə edəcək.
Məlumata görə, şotlandiyalı referi daha əvvəl 3 dəfə məhz bu turnirdə Azərbaycan komandasının səfər görüşündə ədaləti qoruyub.
41 yaşlı Biton son olaraq 2020/2021 mövsümünün qrup mərhələsində İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə səfər görüşündə iş başında olub. I tura təsadüf edən həmin qarşılaşmada israillilər 1:0 hesablı qələbə qazanıblar. Şotlandiyalı hakim Azərbaycan təmsilçisinin heyətində Kevin Medina, Vild-Donald Gerye, Filip Ozobiç və Patrik Andradeyə sarı vərəqə göstərib.
Ən çox diqqət çəkən 2019/2020 mövsümünün qrupunda Lüksemburqda “Düdelanj”la matç olub. Görüş Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” sözügedən oyunda erməni təxribatı ilə də üzləşib. Qarşılaşmanın birinci hissəsində qondarma qurumun əski parçası dronla stadiona gətirilib. Oyunun 62-ci dəqiqəsində isə lüksemburqlular meydanda azlıqda qalıblar.
Bitonun “Qarabağ”la yolu ilk dəfə 2016/2017 mövsümündə kəsişib. O, yenə qrup mərhələsində, bu dəfə PAOK-la Yunanıstanda gerçəkləşən qarşılaşmasının baş hakimi olub. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldikləri matçda Maksim Medvedev sarı vərəqə alıb.
O, 2014-cü ildə AVRO-2015-in seçmə oyununda U-19 yığmamızın evdə Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi görüşdə iş başında olub. Biton 2019-cu ildə U-21 komandamızın Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matça da təyinat alıb.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” görüşü saat 20:45-də başlayacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-09-2023, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…