reklam
Regionxeberlericom.az » İdman » Futbol klubu uduzdu: Prezident güllələndi

reklam

Futbol klubu uduzdu: Prezident güllələndi


Kolumbiyada “Tiqres” futbol klubunun prezidenti Edqar Paes güllələnib.

Xarici mətbuatın məlumatına görə, 63 yaşlı Paes Kolumbiya çempionatının ikinci divizionunun 13-cü turunun “Atletiko Kali” ilə oyunundan (2:3) sonra güllələnib. Prezident qızı ilə birlikdə maşınla evə qayıdırmış.

“Tiqres” stadionundan bir qədər aralıda onun maşını motosikletli iki şəxs tərəfindən atəşə tutulub. Sinə, boyun və başından güllə yaraları alan Paes xəstəxanada dünyasını dəyişib. Hücum zamanı Paesin qızı yaralanmayıb.

Qeyd olunur ki, Paesin qətli müşahidə kameraları tərəfindən lentə alınıb. Kolumbiya prokurorları araşdırmaya başlayıb.


 





Paylaş:


Müəllif : Tarix:
26-09-2023, 13:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər