“Neftçi” – “Sumqayıt” oyunundakı dava ilə bağlı açıqlama - "Rəqib futbolçuların və ya məşqçilərin..." – FOTO

"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda "Sumqayıt"la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib.
O, “İnstagram" hesabından məsələ ilə bağlı açıqlama yayıb:
"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orada dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".
Qeyd edək ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” qələbə qolunu vuranda rəqib futbolçularla meydan sahibləri arasında insident yaşanıb. Belə ki, “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-09-2019, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-09-2019, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT