reklam
Regionxeberlericom.az » İdman » “Arsenal” məşhur yarımmüdafiəçini satır

reklam

“Arsenal” məşhur yarımmüdafiəçini satır


“Arsenal” yanvarda yarımmüdafiəçisi Tomas Partini satmağa hazırdır.

Xarici media bildirir ki, 30 yaşlı futbolçunun böyük ehtimalla getməsinin əsas səbəbi çoxsaylı zədələrdir. “Arsenal”da dörd il ərzində Parti hər cür zədə səbəbindən 51 matçı buraxıb. Parti həm də həftədə 200.000 funt sterlinq gəlirlə klubda ən çox maaş alan oyunçulardan biridir və 2025-ci ilə qədər müqaviləsi var.

Parti kluba 2020-ci ilin oktyabrında “Atletiko Madrid”dən keçib. Transfer məbləği 50 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermakrt Partini 35 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Parti beş oyun keçirib və effektli olmayıb. “Arsenal”la birlikdə yarımmüdafiəçi İngiltərə Superkubokunu qazanıb.

“Arsenal” Premyer Liqanın 11 turundan sonra 24 xalla dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə “Mançester Siti” başçılıq edir (27 xal).




Paylaş:


Müəllif : Tarix:
9-11-2023, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər