Azərbaycan boks yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumatına görə, yığma yarışda tam heyətlə mübarizə aparacaq. Baş məşqçi Nəriman Abdullayev Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominges (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Bakıya dönəcək.
Dünya çempionu Cavid Çələbiyev, olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən, millidə yer almayacaq.
Qeyd edək ki, dünya çempionatı 14 gün davam edəcək. Mudial yeni qaydalara əsasən, 8 çəkidə keçiriləcək. "EXPO Arena"da təşkil olunacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də, təsnifat mərhələsinin döyüşləri sentyabrın 9 - 17-də olacaq. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-09-2019, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-09-2019, 11:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39