reklam
Regionxeberlericom.az » İdman » Faruk Koca istefa verdi – Yenilənib

reklam

Faruk Koca istefa verdi – Yenilənib


















Ötən gün Türkiyədə hakim Halil Umut Meleri yumruqla vuran “Ankaragücü” Klubunun prezidenti Faruk Koca istefa verib.

Bu barədə futbol klubu sosial şəbəkə hesabında məlumat yayıb.

İstefa ərizəsində Faruk Koca Meler və ailəsindən, türk hakim cəmiyyətindən, idman ictimaiyyətindən və millətindən üzr istəyib.

***12:03

Türkiyə Super liqasında dünən axşam keçirilən MKE “Ankaragücü” – “Çaykur Rizespor” matçının sonunda hakim Halil Umut Melərə edilən hücumun istintaqı çərçivəsində aralarında MKE “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın da olduğu 7 nəfər ədliyyə oeqanlarına dəvət olunub.

Türkiyə KİV xəbər verir ki, qarşılaşmadan sonra meydançaya daxil olaraq matçın hakiminə qarşı zorakılıqda iştirak edən bütün şübhəlilər və azarkeşlər haqqında Ankara Qərb Baş Prokurorluğu tərəfindən istintaq prosesi başladılıb.

Dəvət olunan 6 nəfərdən aralarında MKE “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın da olduğu 3 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün – dekabrın 11-də Türkiyənin Trendyol Super Liqasının 15-ci həftəsində “Ankaragücü” ilə “Rizəspor” 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra meydana daxil olan “Ankaragücü” prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində Meler gözündən xəsarət alıb.




Paylaş:


Müəllif : Tarix:
12-12-2023, 20:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər