reklam
Regionxeberlericom.az » İdman » Daha bir bloger sürət həddini aşdığı üçün cərimələndi

reklam

Daha bir bloger sürət həddini aşdığı üçün cərimələndi


















İdarə etdiyi “Land Rover Velar” markalı 99-CN-222 qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət  Əhməd qızı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib:

“A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcəkdir”.

Qeyd edək ki, A. Quluzadənin İnstaqram hesabında 405 min izləyicisi var.

Xatırladaq ki, oxşar hadisə bir neçə gün əvvəl də baş vermiş və “Esma Nur” adı ilə tanınan Axundzadə Əsmər Roman qızı barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülmüşdü.




Paylaş:


Müəllif : Tarix:
20-02-2024, 15:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər