Kamilə Vəliyeva Rusiya yığmasından xaric edildi
Fiqurlu konkisürən Kamilə Vəliyeva Rusiya millisindən kənarlaşdırılıb.
Bu barədə TASS-a Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan bildirib.
“Vəliyeva hazırda milli komandanın üzvü deyil. Hər şey qanunvericilik sənədlərinə uyğun aparılıb”, - Koqan bildirib.
Xatırladaq ki, 2024-cü il yanvarın sonunda İdman Arbitraj Məhkəməsi 17 yaşlı rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə 4 illik diskvalifikasiya edib. İdmançının dopinq testində trimetazidin, hipoksen, L-karnitin və ekdisteron olub.
İdmançının özü iddia etdi ki, qadağan olunmuş maddə onun bədəninə təsadüfən daxil olub - trimetazidin babası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Azərbaycan mətbuatında Kamilə Vəliyevanın azərbaycanlı olduğu yazılsa da, rəsmi tərcümeyi-halında fiqurlu konkisürənin milliyətcə tatar olduğu qeyd olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2024, 19:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər