reklam
Regionxeberlericom.az » İdman » “Fənərbağça” bu gün “Qalatasaray”ın qarşısına 21 yaşadək futbolçuları ilə çıxacaq

reklam

“Fənərbağça” bu gün “Qalatasaray”ın qarşısına 21 yaşadək futbolçuları ilə çıxacaq


















Bu gün Türkiyə Super Kuboku uğrunda görüş baş tutacaq.

Görüş “Fənərbağça” ilə “Qalatasaray” arasında Şanlıurfa vilayətində baş tutacaq.

Lakin Türkiyə KİV yazır ki, “Fənərbağça” görüşə 21 yaşadək futbolçulardan ibarət 9 nəfərlik heyətlə çıxacaq. Bildirilir ki, görüş başladıqdan sonra futbolçulardan üçü müxtəlif bəhanələrlə meydanı tərk edəcək, beləliklə görüş təxirə salınacaq.

Hazırkı qaydalara əsasən, komanda ən azı 9 futbolçu ilə oynamalıdır. Əgər matç zamanı komanda meydançada 6 oyunçu ilə qalarsa, matç dayandırılır və bu, qarşı tərəfin məğlubiyyət tələb edə biləcəyi hallardan biri hesab olunur. Təhlükəsizlik səbəbi ilə təxirə salınan matçlarda texniki məğlubiyyət qərarı Türkiyə Futbol Federasiyasının İdarə Heyətinə aid olduğu halda, başqa səbəblərdən tamamlanmayan matçlarla bağlı bu qərarı vermək səlahiyyəti intizam komitəsindədir.

Sözügedən ssenaridə “Qalatasaray” kuboku qaldıra bilməz, çünki TFF matçla bağlı qərarı daha sonra verəcək. Prosesdən sonra intizam komitəsi hakimin hesabatına əsasən texniki məğlubiyyət qərarı verir. “Fənərbağça” klubu qərardan apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “Sarı-lacivərt”lilərin belə bir addım atmasının səbəbi, Konfrans Liqasının 4/1 final mərhələsi çərçivəsində “Olimpiyakos”la keçiriləcək görüşdən əvvəl klubun idar heyətinin Super Kubok oyunun təxirə salınması ilə bağlı tələbinin geri çevrilməsidir.




Paylaş:


Müəllif : Tarix:
7-04-2024, 12:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər