İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Azərbaycan millisinin 2 idmançısı döyüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
Bildirilib ki, 48 kq-da Bilalhəbaşi Nəzərov irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.
Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu sınağa çəkəcək.
Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2024, 21:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB