reklam
Regionxeberlericom.az » İdman » Mariya Stadnik tarix yazdı

reklam

Mariya Stadnik tarix yazdı

















Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gəlib. O, lisenziya uğrunda isə italiyalı Emanuela Liuzzini məğlub edərək Parisə vəsiqəni təmin edib.

Bununla da Mariya Stadnik 5-ci dəfə Olimpiadada çıxış edəcək. O, qdın güləşi tarixində 5-ci Olimpiya Oyunlarına gedən ilk idmançı kimi tarixə düşüb. 

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.




Paylaş:


Müəllif : Tarix:
12-05-2024, 00:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər