reklam
Regionxeberlericom.az » İdman » Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi oldu

reklam

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi oldu
















Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız bir qızıl, üç gümüş və dörd bürünc medal qazanıb.

İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutublar.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında birinci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.





Paylaş:


Müəllif : Tarix:
17-05-2024, 00:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər