Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi taxıl sahələrinə ziyan vurub.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin mətbuata verdiyi məlumata görə, yağmurlu havaların intensiv şəkildə davam etməsi, həmçinin temperaturun aşağı olması yabanı bitkilərin və alaq otlarının yüksək sürətlə inkişafına münbit şərait yaradır.
“Bu hal mədəni bitkilərin, əsasən də taxıl bitkilərinın inkişafını ləngidir. Yabanı otların – vələmirin, pişikquyruğu kimi taxılçılığa böyük ziyan vuran alaq otlarının inkişafına səbəb olur”, – M.Zəkiyev bildirib.
Mütəxəssis qeyd edib ki, bunun qarşısını almaq üçün erkən yazda taxıl sahələrində alaq otlarına qarşı herbisidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir:
“Vələmir yabanı taxıl bitkisi olaraq mədəni taxıl bitkilərinə nisbətən əlverişsiz mühitdə daha yaxşı inkişaf edir. Taxıl əkilmiş sahələrdə vələmirə qarşı müvafiq herbsidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilmədikdə, onun toxumları ilə sirayətlənmiş torpaqda digər mədəni otların inkişafının qarşısını alır. Bütün bunların baş verməməsi üçün növbəli əkinçilik sisteminə ciddi şəkildə əməl olunmalıdır. Sertifikatlı taxıl toxumlarından əkin üçün istifadə olunmalı, monokultur əkinçilikdən qətiyyətlə imtina edilməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2024, 08:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu