Yumurtadan sonra başqa hansı məhsullarda qiymət artımı gözlənilir? – Açıqlama
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, yumurta qiymətlərində artım müşahidə olunur. Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib. “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər lazım olan məhsullar xaricdən idxal olunur. Onların da qiymətləri bahalaşıb”, - deyə A. Vəliyev bildirib.
Mövzu ilə əlaqədər olaraq kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan N. Nəsirli artımı quşçuluqda yaranan fasilə ilə əlaqələndirir:
“Quşçuluq da heyvandarlığın bir sahəsidir. Heyvandarlıqda xərclərin 70 faizi yem xərclərinə sərf olunur. Əgər yem ucuz başa gəlirsə, ya da sənin yem xammal mənbəyin varsa, təbii, bu qiyməti ucuzlaşdırmaq olar. Söhbət təbii ki, burada sənayə üsulu ilə yetişdirməkdən gedir. Qapalı müəssisələr, quşçuluq fabrikləri var… Bu fabriklərin böyük fermaları var, hər firmada təxminən 200 min baş quş var. Əhalinin də əsas ağ ət tələbatının əsasını quş əti təşkil edir. Bu broyler sənayəsində təsadüfi yemlər imkan verilmir. Bu yemlər hamısı sertifikatlaşdırılmış yemlərdir, laboratoriyada yoxlanılmış, vitamin dəyəri balanslaşdırılmış yemlərdir bunlar. Və bizdə bununla bağlı kifayət qədər yem əkilmədiyinə görə, hamısı deməzdim, bir çoxu xaricdən alınır. Arpa, buğda bizim torpağımızdan alınır, ama bizdə soya əkini geniş vüsət almayıb, soya şurotu, günəbaxan sortu, bəzi vitamin və minerallar var ki, onlar xaricdən idxal edilir. Bu saydıqlarımızın bəziləri hətta Braziliyadan, Cənubi Amerikadan gətirirlər.
Əgər qyşçuluqda qiymətdən danışırıqsa, burada yem məsələsi var. əgər xaricdən alınan yemdə qiymət artımı varsa, bu da maya dəyərinə 100 faiz təsir etməlidir.
Sənayə üsulu ilə istehsal istixana kimi bir şeydir. Təxminən iyun ayına kimi davam edir, iyun ayından sentyabra kimi fermalarda fasilə olur. Bunun da səsbəbi zoobaytar tədbirlərin keçirilməsidir, quşlar kəsilir, bazarlara göndərilir, fermalar dezinfeksiya edilir. Nəticə də quş əti təminatında və yumurta təminatında fasilə yaranır. Bazarda bu biznesə nəzarət edənlər bu həssaslığı bilirlər. Onlar da dərhal bundan istifadə edib, məhsulun maya dəyərinə bunu əlavə edirlər. Oktybar ayını 2-ci 10 günlüyündə görəcəksiz ki, qiymətlər sabitləşir.
Bəs bu fasilə olmasa, olarmı? Bəli olar. Dünyada quşçuluq təsərrüfatında fasilə yoxdur. Bu 2 faktora görə fasiləsiz olur. Birincisi, üzərində damazlıq var, bizdə damazlıq yoxdur, damazlıq qurulmuyub hələ. İkincisi, isə özlərinin yemi var. Biz bu məslənin ikisində də xaricdən asılıyıq. Bu artım daha çox sentyabr və mart ayları öncəsi baş verir. Bunun da səbəbi bu iki faktordur”.
Bəs görəsən, yemin yumurtanın qiymətinin artması başqa hansı məhsullara təsir edəcək? Yaxın günlərdə bunlarla əlaqəli olan başqa hansı məhsulların, qidaların qiyməti artra bilər? “Yeni Sanah”a danışan iqtisadçı ekspert Akif Nəsirli qiymət artımının hansı sahələrə təsir edəcəyini belə izah edib:
“Yumurtanın qiymətinin bahalaşması şirniyyat məhsullarına da təsir göstərəcək. Əgər yemdə bahalaşma varsa, toyuq ətinin də bahalaşması gözləniləndir. Tək quş yemləri deyil, ümumiliyyətlə bütün heyvan yemlərində bahalaşma mövcuddur. Biz yemi xaricdən gətiririk, amma yerli yemlərdə də bahalaşma var. Digər tərəfdən qiymtə artımı süni şəkildə olur. Bazarda rəqabətsizlik mühiti olduğundan fürsət düşən kimi, bəzi işbazlar qiyməti süni şəkildə qaldırır. Çünki bu sahədə rəqibi olmadığını və həmin məhsulun ancaq onda olduğunu bilir. Bazarda rəqabət güclü olsa, süni qiymət artımına yol verə bilməzlər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-09-2019, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-09-2019, 12:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54