reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Türkiyədə inflyasiyanın ilin sonuna kimi 43,52%-ə çatacağı gözlənilir

reklam

Türkiyədə inflyasiyanın ilin sonuna kimi 43,52%-ə çatacağı gözlənilir
















Türkiyədə 2024-cü ilin sonuna inflyasiyanın 43,52% olacağı gözlənilir.

Bu proqnoz ölkənin Mərkəzi Bankının sorğusunda iştirak edən bazar iştirakçıları tərəfindən səsləndirilib.

May ayında bu göstərici 43,64% təşkil edib. Ayın sonunda isə Türkiyədə inflyasiya, rəsmi məlumatlara görə, 75,4% təşkil edib.

Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşek daha əvvəl bildirmişdi ki, inflyasiyanın azalması iyunda başlayacaq və ilin sonuna qədər 38%-ə enəcək.

Bazar iştirakçılarının proqnozlarına görə, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilin sonuna kimi 50,77% təşkil edəcək. May ayında keçirilən sorğuda respondentlər 51,51% inflyasiya proqnozlaşdırmışdılar. Türkiyə Mərkəzi Bankı mart ayından etibarən əsas faiz dərəcəsini dəyişməyərək 50% səviyyəsində saxlayıb.

Türkiyənin ilin sonuna qədər iqtisadi artım proqnozları dəyişməyib və may ayı sorğusunda olduğu kimi 3,3% səviyyəsində qalıb. Bu ölkə hakimiyyətinin gözləntiləri ilə üst-üstə düşür.




Paylaş:


Müəllif : Tarix:
15-06-2024, 08:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər