“Azərbaycan Kredit Bürosu” Toplu Sorğu Xidmətini istifadəyə verməyə hazırlaşır
“Azərbaycan Kredit Bürosu” MMC (AKB) bu ilin sonuna qədər Toplu Sorğu Xidmətini istifadəyə verəcək.
regionxeberlericom.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Elçin Həbibov Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.
Onun sözlərinə görə, yeni xidmət kredit təşkilatlarına eyni vaxtda 5-10 min sorğunu Büroya ünvanlamağa imkan verəcək.
E.Həbibov onu da deyib ki, rəhbərlik etdiyi qurumun bütün xidmətləri tam rəqəmsallaşdırılıb.
“Bu ilin ilk 8 ayında AKB-yə təxminən 1,9 milyon skorinq sorğusu daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,5% çoxdur”, - deyə direktor əlavə edib.
Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2019, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-10-2019, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:48
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Dünən, 12:01
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
29-01-2025, 08:59
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29-01-2025, 08:36