"Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur" – Qazaxıstanlı ekspert
Qazaxıstan və Azərbaycanın neft emalı sahəsində böyük potensialı var.
Bu barədə Qazaxıstanın müstəqil eksperti Sergey Smirnov bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda üç neft emalı zavodunun modernləşdirilməsinə baxmayaraq, Qazaxıstan neftinin həcm göstəricisində artım müşahidə olunmayıb.
"Zavodların modernləşdirilməsinə baxmayaraq, Qazaxıstan neftinin hamısı emal olunmur. Pavlodar neft-kimya zavodunda tamamilə Rusiya nefti emal edilir, Şımkənddə yarıbayarı Rusiya nefti yüklənir, yalnız Atıraudakı zavodda praktiki olaraq tamamilə Qazaxıstan nefti emal edilir. Neftin qalan hissəsi ixrac edilir. Buna görə də yerli neftin emalını təşkil etmək lazımdır", - S.Smirnov deyib.
Onun fikrincə, Azərbaycanın bu sahədəki təcrübəsi Qazaxıstanda neft emalı, eləcə də qazdan neft-kimya məhsullarının istehsalı ilə bağlı vəziyyətin dəyişməsinə töhfəsini verə bilər.
"Qazaxıstan dənizdə hasilat üzrə Azərbaycanın təcrübəsini mənimsəməlidir, çünki Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur".
"İki ölkənin neft emalı sahəsində əməkdaşlıq üçün böyük potensialı var. Düşünürəm ki, emal üçün neftin tankerlərlə Azərbaycana nəqli rentabelli deyil. Ancaq məncə, Azərbaycan neftçiləri qazaxıstanlı həmkarlarından daha peşəkardırlar, çünki Azərbaycan neftinin tarixi kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanın təcrübəsi Qazaxıstanda neft emalına və qazdan neft-kimya məhsullarının istehsalına kömək edərdi, çünki bu gün ölkədə qaz layihələri dayandırılıb", - deyə ekspert bildirib.
Bundan əlavə, S.Smirnov hesab edir ki, Qərb şirkətlərinin Qazaxıstandakı dəniz neft yataqlarında üstünlük təşkil etməsi dənizdə neft hasilatı sahəsində təcrübənin olmaması ilə əlaqədardır və azərbaycanlı mütəxəssislər iş təcrübələrini bölüşməklə bu məsələdə Qazaxıstanın yanaşmasını dəyişdirməyə kömək edə bilərlər.
"Qazaxıstan dənizdə hasilat üzrə Azərbaycanın təcrübəsini mənimsəməlidir, çünki Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur. Qərb şirkətləri Qazaxıstanda üstünlük təşkil edir, çünki onların dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var. Bu baxımdan dəniz yataqlarının işlənməsi üzrə azərbaycanlı neftçilərlə qarşılıqlı münasibətlər qurulması mümkün ola bilər", - S.Smirnov vurğulayıb.
Ekspertin fikrincə, Qazaxıstan Azərbaycanın ölkənin infrastruktur layihələrinə investisiya qoymaq təşəbbüsünü dəstəkləyəcək.
"Azərbaycanlılar investisiyaları ilə Qazaxıstana gəlsələr, əlbəttə ki, qazaxlar birgə zavodlar, qaz kəmərləri və s. tikməkdən məmnun olarlar", - S.Smirnov deyib.(Report)
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-10-2019, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-10-2019, 12:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29