reklam
Regionxeberlericom.az » İqtisadiyyat » AR-nın şəhər və rayonları üzrə gəlirlər 15 500 000 000,0 manat proqnozlaşdırılır - Bakı şəhəri üzrə gəlir 14,1 mlrd manat

reklam

AR-nın şəhər və rayonları üzrə gəlirlər 15 500 000 000,0 manat proqnozlaşdırılır - Bakı şəhəri üzrə gəlir 14,1 mlrd manat









2025-ci ilin dövlət büdcəsi layihəsi, maddə 9: Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 15 500 000 000,0 manat proqnozlaşdırılır.

Sizcə, Bakı şəhəri üzrə gəlir nə qədər proqnozlaşdırılır?! Bu məbləğın 14,1 mlrd. manatı paytaxtın payına düşür – dəhşətli mənzərədir.

Yəni, bir tək Bakı şəhəri 14,1 mlrd manat, ölkənin paytaxt xaric tamamı 1,4 mlrd. manat – ağlamalı durumdur.

Regionların İqtisadi İnkişafı proqramları fiaskoya uğrayib. Xatırlayırsınızsa, cəmi bir neçə ay əvvəl Mikayıl müəllim demişdi ki, son 20 ildə regionlara 105 mlrd. manat (təqribən, 120 mlrd. dollar) investisiya qoyulub, yatırım edilib – nəticə də isə bütün regionların gəliri Bakının illik gəlirindən 10 dəfə (!!!) azdır.

Sonra da məmurlar ağıllı sifət alıb deyirlər ki, Bakı yüklənib, sıxlıq, tıxaclar var, camaat regionlardan Bakı axır – axacaq da, bütün iqtisadi, mədəni, sosial fürsətləri Bakıya cəmləyəndə, regionlarda İcrabaşlar özlərini ağa kimi aparanda, Bələdiyyələrin səlahiyyəti olmayanda başqa nə mənzərə yaranmalı idi ki?!




Paylaş:


Müəllif : Tarix:
5-12-2024, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər