reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Yeni ilin yeni un qiymətləri - SİYAHI

reklam

Yeni ilin yeni un qiymətləri - SİYAHI

















Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 6-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28.2 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər dəyişməyərək ötən ilin dekabrı ilə eyni səviyyədə qalıb.

Bu ilin yanvarın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.1 manat;

"Anadoluqida" və "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.15 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.2 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.05 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.6 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.35 manat;

"Hazartürk LTD", "Sünbül 2012", "Taxıl AQRO" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.6 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.7 manat;

"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.8 manat.





Paylaş:


Müəllif : Tarix:
Dünən, 20:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər