Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra bütün dünya ölkələri diqqəti 47-ci prezidentin maliyyə-iqtisadi məsələlərlə bağlı atacağı addımlara yönəldib.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Trampın əsas siyasəti ölkəsinin xarici ixracını stimullaşdırmaq üzərinə qurulacaq:
“Onun seçilməsindən bəri dollar indeksinin möhkəmləndiyinin şahidi oluruq. Dollar bütün valyutalara qarşı kifayət qədər güclənib. Əlsində, bu, Trampın iqtisadi siyasətinə o qədər də uyğun deyil. Çünki onun iqtisadi siyasəti daha çox dolların indeksini aşağı salmaqla, ABŞ-dən ixracı stimullaşdırmaq üzərinə qurulub. Buna görə də düşünürəm ki, bir müddət sonra federal ehtiyat sistemi faizləri kəskin şəkildə aşağı salmağa başlayacaq, dollar indeksində də azalmalar ola bilər”.
Ekspert qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün əsas təhlükəni neft qiymətlərinin ucuzlaşması yarada bilər:
“Bunun birbaşa Azərbaycana aiddiyəti yoxdur. Məzənnə onsuz da bazar qaydaları ilə deyil, inzibati yolla tənzimlənir. Amma Azərbaycana əhəmiyyətli dərəcədə aidiyyəti ola biləcək məsələ neft qiymətləri ilə bağlıdır. Yəni neftin ucuzlaşması baş verəcəksə, bu, Azərbaycanın gəlirlərinin azalmasına səbəb ola bilər.
Trampın belə bir planı da var. Yəni yeni neft yataqlarının işlənməsinə icazələrin verilməsi və s. Öz çıxışında da ABŞ prezidenti bu haqda danışmışdı. Bu anlamda, dollar hələ də dünyada ən etibarlı valyuta olmaqda davam edir. Amma neft qiymətləri üzərində bunun Azərbaycana təsirləri ola bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər