reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dövlətin ticarətdən qazandığı 3 dəfə azalıb: “Bu, kifayət qədər böyük rəqəmdir”

reklam

Dövlətin ticarətdən qazandığı 3 dəfə azalıb: “Bu, kifayət qədər böyük rəqəmdir”

















“Reallıq budur ki, Azərbaycanda neft hasilatının azalması davam edir”.

Bunu neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O, diqqəti əsasını neft və neft məhsulları təşkil edən 2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinə yönəldib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin sahədə müsbət saldo 5 milyard 496 milyon dollar təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 3 dəfə azdır, 

Azərbaycanın xarici ticarət dövriyyəsi 7% azalaraq 47,612 milyard dollar təşkil edib, ixrac 26,554 milyard dollar (azalma 21,7 faiz), idxal isə 21,058 milyard dollar (artım 21,8 faiz) olub.

İxrac strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının (87,36%) payına düşüb.

Öz növbəsində, fikrinin davamında İlham Şaban əlavə edib:

“Bunu normal qəbul etmək lazımdır. Ona görə ki, biz müstəqillik dövründə cəmi 1 neft yatağı kəşf etmişik – “Qarabağ” yatağı. Onun həcmləri çox kiçikdir və bu günədək həmin yatağı istismara verə bilməmişik. 

“Azəri-Çıraq-Günəşli” sovet dövrünün kəşfidir və hasilat ancaq müstəqillik dövründə başlayıb. Bir blokdan 600 milyon tondan çox neft çıxarmışıq. Əlbəttə, neft sonsuz deyil. Əgər yeni yataqlar istismara verilmirsə, neftin azalması labüddür. Məsələn, ötən il Azərbaycanda 29.1 milyon ton neft hasil edilib. Neft hasilatının zirvə nöqtəsi isə 2010-cu ildə olub. Həmin il 50.8 milyon ton neft hasil olunub. 

Göründüyü kimi, ötən 14 il ərzində Azərbaycanda neft hasilatı faktiki olaraq, 22 milyon tona yaxın azalıb. Bu, kifayət qədər böyük rəqəmdir. O vaxtdan indiyədək hasilatda 45 faiz azalma var. 

İkinci məqam budur ki, neft Azərbaycana bu qədər gəlir gətirib və iqtisadiyyatımız hələ də neftin üzərində qurulub. Hansı uğurlara imza atmışıqsa, bunun böyük hissəsi neftdən gələn gəlirlərə bağlıdır. 

Digər mühüm məsələ budur ki, artıq neft ekvivalentində qazı neftdən çox istehsal edirik. 2 ildir ki, belədir. Qaz kubmetrlə ölçülür və bunu neft ekvivalentinə çevirsək, o artıq nefti üstələyir. Ancaq qaz gəlirləri neft gəlirləri qədər olmayacaq. Bunu SOCAR hələ 2007-ci ildə “Şahdəniz” qazı ixrac edilməyə başlayanda açıqlamışdı. Təbii ki, bu, qaz ehtiyatlarının az olması ilə əlaqədar deyil, qazın çıxarılma xərcinin neftdən 3 dəfə daha baha olması ilə bağlıdır. Digər tərəfdən, qaz nəqlinin xərci neftdən ən az 2 dəfə daha bahadır. Bu baxımdan qaz ixracının xərci xeyli yüksəkdir”.




Paylaş:


Müəllif : Tarix:
25-01-2025, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər