reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dollarla bağlı VACİB QƏRAR - BAHALAŞACAQ?

reklam

Dollarla bağlı VACİB QƏRAR - BAHALAŞACAQ?
















ABŞ-ın mərkəzi bankı - Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb.

FED ilin ilk toplantısında faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib. Belə ki, FED gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.  

İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında FED-in bu qərarından danışıb.

“FED-in bu qərarının Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq. Faizin saxlanması qərarı dolları cüzi bahalaşdırdı. Bunu da inflyasiyanın yetərincə enməməsi ilə əlaqələndirirlər. ABŞ-nin əmək və məşğulluq bazarında da əməkhaqqlarının artımı davam edir. Əmək bazarında da 170 min əlavə işçiyə ehtiyac yaranır. Bunları nəzərə alaraq FED faizi azaltmadı. Bunun Azərbaycan iqtisadiyyatına da elə də ciddi təsiri olmayacaq. Çünki neft və qaz qiymətlərinə də ciddi təsir etmədi. Bizim üçün də əsas neft və qaz qiymətlərində dəyişikliklərdir”.

Ekspert bildirib ki, FED-in bu qərarından sonra dollarla bağlı da ciddi dəyişiklik gözlənilmir.

“FED-in ilk faiz endiriminə mart ayında getməsi gözlənilir. FED gözləntilərə uyğun davranış nümayiş etdirdiyinə görə bazarlara və dünya iqtisadiyyatına təsir etmədi. Ötən gün FED-in qərarından sonra dollar avroya görə biraz bahalaşsa da, onunla bağlı da əhəmiyyətli dəyişiklik gözlənilmir”.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər