Rabitə, bank, sığorta və pərakəndə ticarətdən - YIĞILAN VERGİLƏR KƏSKİN ARTIB
2019-cu ilin ilk 9 ayında Azərbaycanda qQeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz və ya 439 milyon manat artaraq 3 milyard 928,8 milyon manat təşkil edib.
regionxeberlericom.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1 faiz icra olunub, proqnozdan əlavə 361,1 milyon manat vergi toplanıb.
Nazirlik bildirib ki, ilk 9 ayda qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1 faiz artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3 faizə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7 faiz, əmlak vergisi üzrə 41,9 faiz, mənfəət vergisi üzrə 24,5 faiz, ƏDV üzrə 20,2 faiz, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4 faizə, mənfəət vergisi üzrə 26,1 faizə qalxıb.
Vergi yığımlarında yüksək artım dövriyyələrin şəffaflaşdırılması sayəsində mümkün olub. Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5 faiz), bank və sığorta sektorunda (30,6 faiz), pərakəndə ticarət sektorunda (21,8 faiz), xidmət sektorunda (17,6 faiz), nəqliyyatda (14,2 faiz), digər fəaliyyət sahələrində (21,8 faiz) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadiyyatda real vergi potensialının aşkarlanır və nəticədə büdcəyə vergi daxilolmaları artmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20 faizdən çox olub. Bəzi sahələrdə, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30 faizdən yuxarıdır.
2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib.
İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz artıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2019, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2019, 17:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29