Elektrik limitinin ləğvi yenidən gündəmdə - “Bu artıq cəmiyyətin çağırışıdır”
Payız-qış mövsümünün başlaması ilə əlaqədar havaların soyuq, şaxtalı keçməsi təbii qaza və elektrik enerjisinə tələbatı da artırıb. Xüsusilə də mərkəzi istilik sistemi olmayan binalarda və fərdi həyət evlərində kombisi olanlar daha çox təbii qaz, olmayanlar isə elektrik istehlak edir. Evlərdə elektrik qızdırıcılarından istifadə halları da kəskin artıb. Bu isə son nəticədə ailələrin kommunal xərclərini artıraraq büdcələrinə ciddi ziyan vurur. Bəziləri isə ümumiyyətlə maddi imkansızlıq səbəbindən kommunal xərcləri ödəyə bilmir və soyuq mənzillərdə yaşamağa davam edirlər.
Bu kimi problemlər əhalinin sosial rifahının pisləşməsinə səbəb olur. Hökumətin son illər həyata keçirdiyi sosial siyasətin təməl prinsipi kimi vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi qarşıya məqsəd kimi qoyulduğundan elektrik limiti ilə bağlı məsələnin də sosial paketin tərkib hissəsi olaraq ləğv edilməsi və ya artırılması gözlənilir. Qeyd edək ki, hazırda əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olanlar üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat- saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Enerji daşıyıcıları ilə bağlı limitin artırılması təcrübəsi bu il aprelin 30-da yaşandı. Tarif Şurasının 2019-cu il aprelin 30-dakı qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bununla da bu il mayın 1-dən etibarən qüvvəyə minən qərara əsasən, ildə 2 200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2 200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir.
Son dövrlərdə ölkənin elektroenergetika sektorunda mühüm işlər görülüdüyünü, böyük investisiyaların yatırıldığını, mövcud stansiyaların yenidən qurularaq itkilərin azaldığını, yenilərinin istismara verildiyini nəzərə alsaq elektrin enerkisi limitinin artırılması hökumət üçün o qədər də böyük problem yaratmaz. Bu mənada ekspertlər də hesab edir ki, əhalinin orta təbəqəsi üçün elektrik enerjisi sahəsində mövcud limitin müəyyən dərəcədə artırılmasına ehtiyac var.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanın indiki vəziyyəti nəinki elektrik limitinin artırılmasına, hətta ləbğ edilməsinə də imkan verir, hətta limitin olması ümumilikdə anlaşılan deyil: “Son 1 ili götürsək, həm elektrik enerjisinin istehsalında, həm də ixracında ciddi artım var. Elektrik enerjisinin ixracı ümumi ixracatın bir qolunu təşkil edir və son vaxtlar həcmi sürətlə artır. Deməli ölkədə artıq elektrik enerjisi var. Həmin elektrik enerjisinin əhaliyə limitlə və hazırki qiymətlə verilməsi anlaşılan deyil. Çünki biz hamımız Azərbaycan vətəndaşları olaraq, vergi ödəyicisi olaraq bu infrastrukturun yaradılmasında iştirak etmişik. Sadə dillə desək, yaradılan bu infrastrukturun pulunu biz vermişik”.
N.Cəfərli hesab edir ki, həm istehsal , həm də elektrik enerjisinin paylanması dövlətin əlindədir və biz də vətəndaş olaraq öz payımızla bu infrastrukturun qurulmasında iştirak etmişik. Azərbaycan vətəndaşının haqqı var ki, infrastrukturunun qurulmasında iştirak etdiyi elektrik enerjisini və ya başqa kommunal xidmətləri daha ucuz, daha keyfiyyətli əldə etsin. Limitlərin tətbiqi ümumiyyətlə Azərbaycan şəraitində anlaşılan deyil".
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da hesab edir ki, energetika sektorunda limitin ləğvi üçün kifayət qədər ehtiyatlar var: “Bu gün əgər elektrik enerjisinin 1 kilovatı 3-4 qəpiyə arasında başa gəlirsə, bunu insanlara bir neçə dəfə artıq qiymətə satmamaq olar. Köhnə qiyməti saxlamaq olar. Bu sahədə potensial böyükdür. Mən dəfələrlə bu barədə çıxış etmişəm, danışıqlar aparmışam. Həm qazın , həm də elektrik enerjisinin limitini ləğv etmək, qiymətləri optimallaşdırmaq üçün yetərincə rezervlər var. Bunu araşdırmaq lazımdır ki, həmin işi də aidiyyatı nəzarətedici qurumlar edə bilərlər. Buna onların həm səriştəsi həm də peşəkarlıqları çatır. Eyni zamanda, bu, onların səlahiyyətlərinə aid məsələdir. Gedib bu sahələrdəki istehsalın maya dəyərini detalları ilə araşdırıb ortaya çıxartsınlar və limitlərin ləğvi üçün lazım olan potensial imkanları aşkarlayıb təkliflərlə hökumət qarşısında çıxış etsinlər. Bu ümimi sözlərlə bəhs ediləcək məsələ deyil. Ciddi araşdırma tələb edir. Xidmətlərin maya dəyərini a-dan z-ə qədər ətraflı şəkildə təftiş etmək lazımdır görək burada hansı lüzumsuz xərclər var. Onlar enerjinin maya dəyərində yer tutaraq son nəticədə bu sahənin ziyanla fəaliyyətinə gətirib çıxarır. İlkin baza məlumatları isə bu sahənin mütəxəssislərinə və bu işi bilən iqtisadçılara onu deməyə əsas verir ki, kifayət qədər potensial var. Bütün maddələr araşdırılmalıdır. Mənə 1 həftə vaxt və imkan verilsə , bütün detalları ilə araşdıraram ki, burada hansı əlavə xərc maddələri var”.
F.Yusifov vurğuladı ki, bu həm təbii qaza, həm də elektrik enerjisinə aiddir: “Cəmiyyətdə, sosial şəbəkədə də limitlərin ləğvi ilə bağlı ciddi müzakirələr gedir. Bu həm də cəmiyyətin çağırışıdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16